2020-ci il sentyabr ayının 27-də səhər saatlarında erməni qoşun birləşmələri işğal altında olan ərazilərimizdən və Ermənistanla həmsərhəd ərazilərdən bütün cəbhə boyu Ordumuzun mövqelərini və cəbhəyanı yaşayış məntəqələrimizi iriçaplı silahlardan, ağır artilleriyadan da istifadə etməklə atəşə tutdular. Təəssüf ki, yüksək rütbəli hərbçilərimiz də olmaqla itkilərimiz oldu. Ordumuz düşməni susdurmaq üçün əks-hücum əməliyyatına keçərək işğal altında olan torpaqlarımızı azad etmək üçün düşmənə sarsıdıcı zərbələr endirdi. Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandanımız İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası çağırıldı. Dövlət başçımız çıxış edərək Ermənistanın növbəti təxribatını və məkrli niyyətini bir daha şərh etdi və onlara qarşı mübarizənin amansız olacağını qeyd etdi. Ermənistanın heç bir beynəlxalq təşkilatın qərarlarını saymadığını və son vaxtlar azğınlaşaraq sərsəm bəyanatlarla çıxış etməsini diqqətə çatdırdı. Ali Baş Komandanımız dərhal əks-hücum əməliyyatlarının keçirilməsinə göstəriş verdi. Rəşadətli Ordumuzun ilkin həmləsi ilə düşmənin "keçilməz" müdafiə xətti darmadağın edilərək strateji əhəmiyyətli yüksəkliklər və xeyli ərazi azad edildi. Ermənistanın növbəti hərbi təxribatı da iflasa uğradı. 44 gün davam edən müharibə Ordumuzun Zəfəri ilə başa çatdı. Ermənistan kapitulyasiya aktına qol çəkməyə məcbur edildi. Bu Zəfəri bizə bəxş edən Şəhidlərimizin Ruhları qarşısında baş əyirik! Qazilərimizə Allahdan şəfa diləyirik! Var olsun Rəşadətli Ordumuz! Var olsun Ali Baş Komandanımız! Yaşasın məğrur Xalqımız! Zülfü Quliyev, YAP Xocalı rayon təşkilatı ərazi partiya təşkilatının sədri